Türkmənistan Prezidenti Azərbaycanın Baş nazirini qəbul edib
Daxili siyasət
- 05 avqust, 2025
- 17:22
Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 5-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Məlumata əsasən, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələrdə inkişaf perspektivləri müzakirə edilib.
Son xəbərlər
20:03
Foto
Ukrayna və Niderland dronların birgə istehsalı haqqında saziş imzalayıb
Digər ölkələr20:00
DÇ-2026: Argentina - Misir matçı start götürüb
Futbol19:59
UEFA Çempionlar Liqası: "Sabah" - TNS matçı başlayıb
Futbol19:50
Qaqik Tsarukyan dələduzluq və çirkli pulların yuyulması işi üzrə iki ay müddətinə həbs edilib
Region19:45
Türkiyə Dəməşqdə törədilən partlayışları pisləyib
Region19:40
Foto
Avropa Kuboku: Azərbaycanın 3x3 basketbol millisinin rəqibləri müəyyənləşib
Komanda19:31
Foto
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
Hadisə19:27
BOK müvəqqəti olaraq Rusiya Olimpiya Komitəsinin statusunu bərpa edib
Komanda19:25