DÇ-2026: Argentina Misir üzərində əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib - YENİLƏNİB-8
- 07 iyul, 2026
- 22:05
Futbol üzrə dünya çempionatında Argentina Misir üzərində əzmkar qələbə qazanıb.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.
Görüşdə ilk iki qolu Misir komandası vurub. Yasser İbrahim (15) və Mustafa Ziko (67) Afrika təmsilçisini hesabda irəli çıxarıblar. Bununla belə, özündə güc toplayan Argentina seçməsi ardıcıl 3 dəfə rəqib qapısına yol tapmaqla qalib gəlməyi bacarıb.
"Tanqoçular"un heyətində Kristian Romero (79), Lionel Messi (83) və Enzo Fernandes (90+3) diqqət mərkəzinə düşüblər.
Qarşılaşmanın 21-ci dəqiqəsində Argentinanın kapitanı Lionel Messi penalti zərbəsindən yararlana bilməyib. Onun vuruşunu rəqib qapıçı Mustafa Şubir qaytarıb.
Qeyd edək ki, Argentina 1/4 finalda İsveçrə - Kolumbiya cütünün qalibi ilə üz-üzə gələcək.
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda beşinci qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda irəli çıxıb - 3:2.
90+3-cü dəqiqədə Enzo Fernandes fərqlənib.
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda dördüncü qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabı bərabərləşdirib - 2:2.
83-cü dəqiqədə Lionel Messi fərqlənib.
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesab arasındakı fərqi azaldıb - 1:2.
79-cu dəqiqədə Kristian Romero Messinin ötürməsini qola çevirib.
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 2:0.
67-ci dəqiqədə Mustafa Ziko rəqib komandanı oyuna mərkəzdən başlamağa məcbur edib.
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabda irəlidədir - 1:0.
15-ci dəqiqədə Yasser İbrahim başla "çərçivə"ni dəqiq nişan alıb.
Qarşılaşmanın 21-ci dəqiqəsində Argentina yığmasının kapitanı Lionel Messi penalti zərbəsindən yararlana bilməyib. Onun vuruşunu rəqib qapıçı Mustafa Şubir qaytarıb.
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ilk hissə bitib.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabda irəlidədir - 1:0.
15-ci dəqiqədə Yasser İbrahim başla "çərçivə"ni dəqiq nişan alıb.
Qarşılaşmanın 21-ci dəqiqəsində Argentina yığmasının kapitanı Lionel Messi penalti zərbəsindən yararlana bilməyib. Onun vuruşunu rəqib qapıçı Mustafa Şubir qaytarıb.
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabı açıb - 1:0.
15-ci dəqiqədə Yasser İbrahim başla "çərçivə"ni dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyunu başlayıb.
"Report"un məlumatına görə, 1/8 final mərhələsinin matçı Atlanta stadionunda keçirilir.
Qarşılaşmanı fransalı FIFA referisi Fransua Leteksye idarə edir.