Əli Əsədov: "İlham Əliyev müasir inkişaflı Azərbaycan modelini yaradıb"

Əli Əsədov: "İlham Əliyev müasir inkişaflı Azərbaycan modelini yaradıb" Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev strateji xətti uğurla davam etdirərək müasir inkişaflı Azərbaycan modelini yaradıb.
Daxili siyasət
5 Dekabr , 2023 11:47
Əli Əsədov: İlham Əliyev müasir inkişaflı Azərbaycan modelini yaradıb
Əli Əsədov

"Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin layiqli davamçısı kimi müasir inkişaflı Azərbaycan modelini yaradıb".

“Report” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dekabrın 5-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 20 il ərzində bütün sahələrdə sürətli inkişafa nail olunması, əhalinin rifah halının daha da yaxşılaşdırılması, müasir ordumuzun yaradılması ölkəmizin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi deməkdir.

“Əsrə bərabər 20 ilin ən şanlı səhifəsi işğal altındakı torpaqların azad olunması ilə nəticələnən Vətən müharibəsidir. Eyni zamanda sentyabrın 19-da mükəmməl şəkildə həyata keçirilən birgünlük antiterror əməliyyatı nəticəsində Qarabağda suverenliyimiz tam təmin edilib, separatizmin kökü tamamilə kəsilib”.

Son xəbərlər

Orphus sistemi