Əli Əhmədov yanğından zərər çəkənlərin müvəqqəti evlərlə təmin olunması üçün göstəriş verib

Əli Əhmədov yanğından zərər çəkənlərin müvəqqəti evlərlə təmin olunması üçün göstəriş verib Baş nazirin müavini Əli Əhmədov Azərsutikinti Xəstəxanasında məskunlaşan məcburi köçkünlərin müvəqqəti olaraq evlərlə təmin olunması üçün göstəriş verib.
Daxili siyasət
10 Aprel , 2019 14:42
Əli Əhmədov yanğından zərər çəkənlərin müvəqqəti evlərlə təmin olunması üçün göstəriş verib
0 : 00
0 : 00

Baş nazirin müavini Əli Əhmədov Azərsutikinti Xəstəxanasında məskunlaşan məcburi köçkünlərin müvəqqəti olaraq evlərlə təmin olunması üçün göstəriş verib.

“Report” xəbər verir ki, Baş nazirin müavini bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə və Nizami Rayon İcra Hakimiyyətinin başçısına tapşırıq verib. 

Qeyd edilib ki, yanğından zərər çəkən 23 məcburi köçkün ailəsi müvəqqəti evlərlə təmin olunacaq.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev isə deyib ki, bu gün axşama kimi zərərçəkənlər kirayə evlərlə təmin olunacaqlar: "Bununla bağlı komissiya yaradılıb".

O bildirib ki, bu gün kirayə evlərə köçürüləcək 23 ailə Qobu qəsəbəsində inşa olunan evlərlə təmin ediləcək: "Onlar iyun ayına Qobu qəsəbəsindəki evlərə köçürüləcək".

Son xəbərlər

Orphus sistemi