Əli Əhmədov: “Qeyri-rəsmi məşğulluq gələcəkdə insanların pensiya almasını qeyri-mümkün edir”

Əli Əhmədov: “Qeyri-rəsmi məşğulluq gələcəkdə insanların pensiya almasını qeyri-mümkün edir” Bakı. 30 noyabr. REPORT.AZ/ “Azərbaycanda qeyri-rəsmi məşğulluğun aradan qaldırılması hökumət qarşısında duran əsas vəzifələrdən biridir”.
Daxili siyasət
30 Noyabr , 2017 11:56
Əli Əhmədov: “Qeyri-rəsmi məşğulluq gələcəkdə insanların pensiya almasını qeyri-mümkün edir”
Report/ Elshan Baba

Bakı. 30 noyabr. REPORT.AZ/ “Azərbaycanda qeyri-rəsmi məşğulluğun aradan qaldırılması hökumət qarşısında duran əsas vəzifələrdən biridir”.

"Report"un məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov bu gün keçirdiyi brifinqdə deyib.

Baş nazirin müavini bildirib ki, qeyri-rəsmi məşğulluq vergidən yayınmaya səbəb olur. “Qeyri-rəsmi məşğulluq insanların sosial və əmək hüquqların qorunmasını qeyri-mümkün edir, insanların gələcəkdə pensiya almaq hüququnu məhdudlaşdırır. Qeyri-rəsmi məşğulluq nəticəsində Dövlət Sosial Müdafiə Fonduna qanunla ödənilməli olan ödənişlərin ödənilmir ki, bu da gələcəkdə insanların pensiya almasını qeyri-mümkün edir”.

Ə.Əhmədov vurğulayıb ki, qeyri-rəsmi məşğulluq həmçinin Azərbaycanda insanların məşğulluğu ilə bağlı dəqiq satistikanın aparılmasına mane olur. Ə.Əhmədov əlavə edib ki, qeyri-rəsmi məşğulluq “qara mühasibatlıq” deyilən amilin ortaya çıxması üçün ən mühüm səbəbdir.

Son xəbərlər

Orphus sistemi