Eldar Əzizov: "Bakı Rusiya regionları ilə əməkdaşlığı genişləndirməyi hədəf seçib"

Eldar Əzizov: "Bakı Rusiya regionları ilə əməkdaşlığı genişləndirməyi hədəf seçib" Azərbaycan paytaxtında ötən il 430 min kvadratmetrdən çox yaşayış sahəsi istifadəyə verilib
Daxili siyasət
27 Sentyabr , 2018 10:46
Eldar Əzizov: Bakı Rusiya regionları ilə əməkdaşlığı genişləndirməyi hədəf seçib
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizov / Report
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Bakıda ötən ildə 430 min kvadratmetrdən çox yaşayış sahəsi istifadəyə verilib".

"Report" xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizov paytaxtda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclasında bildirib.

O deyib ki, Bakıya kapital qoyuluşlarının həcmi 12 mlrd. manat təşkil edib. Onun sözlərinə görə, son 5 il ərzində Azərbaycan paytaxtında ticarət dövriyyəsi iki dəfə artaraq, təxminən, 20 mlrd. manat təşkil edib.

"İnfrastrukturun inkişafı turistlərin sayının sürətlə artmasına gətirib çıxarıb. Belə ki, 9 ay ərzində Bakıya, təqribən, 1,5 mln. turist səfər edib. İlin sonuna ötən illə müqayisədə 20%-lik artım gözlənilir", - o diqqətə çatdırıb.

E.Əzizovun sözlərinə görə, Rusiya vətəndaşları gələn turistlərin təqribən 30%-ni təşkil edirlər.

O həmçinin vurğulayıb ki, Bakı Rusiya regionları ilə əməkdaşlığı genişləndirməyi hədəf seçib.

Son xəbərlər

Orphus sistemi