Yuxarı
    Bağlamaq

    Əhəd Abıyev: “Yumruqla sındırdığım Kolumbiya deyil, Ermənistan bayrağı idi” - VİDEO

    “Orada Ermənistan bayrağı tərs tutulub”

    Bakı. 10 noyabr. REPORT.AZ/ "Daşkəsən rayonunda 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə keçirilən tədbirdə şiferdən hazırlanmış bayraq Ermənistan bayrağı olub. Həmin bayraq Kolumbiyanın bayrağı deyildi".

    Bunu "Report"a açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib.

    O bildirib ki, həmin bayrağı N saylı hərbi hissə hazırlayıb: "Sındırılan Ermənistan bayrağını Kolumbiya bayrağı kimi təqdim edənlər erməni dəyirmanına su tökürlər. Bu insanlara görə işğal olunmuş ərazilərimizi azad edə bilmirik. Kolumbiya bayrağı ilə Ermənistan bayrağını necə səhv salmaq olar?! Sadəcə, Ermənistan bayrağı tərs tutulub. Məncə, düz ediblər. Həmin bayrağı əks etdirən lövhəni hərbçilər ayaq altına atıb, qıracaqdılar. Dedim, "saxlayın, özüm qırım". Elə bir yumruqla lövhəni sındırdım. Özüm Qarabağ veteranıyam, o bayrağı qıranda ermənilərin vəhşilikləri gözüm önünə gəldi".

    Qeyd edək ki, sosial şəbəkələrdə və KİV-də Daşkəsəndə Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirdə şiferdən hazırlanmış bayrağın Ermənistanın deyil, Kolumbiyanın bayrağı olduğu barədə məlumatlar yayılıb. Ə.Abıyev Ermənistan əvəzinə Kolumbiya bayrağına yumruq atmasına görə tənqid edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi