​Əfv Məsələləri Komissiyasının Prezidentə təqdim etdiyi siyahıda 140-a yaxın məhbusun adı var

​Əfv Məsələləri Komissiyasının Prezidentə təqdim etdiyi siyahıda 140-a yaxın məhbusun adı var Əfv Məsələləri Komissiyasının iclaslarında yüzlərlə müraciətə baxılıb
Daxili siyasət
11 Mart , 2016 10:37
​Əfv Məsələləri Komissiyasının Prezidentə təqdim etdiyi siyahıda 140-a yaxın məhbusun adı var

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının qəbul etdiyi tövsiyə xarakterli qərarlar dövlət başçısı İlham Əliyevə göndərilib.

Bu barədə "Report"a Dövlət Komissiyasından məlumat verilib.

"Bütövlükdə, Əfv Məsələləri Komissiyasının iclaslarında 400 müraciətə baxılıb. Tövsiyə xarakterli qərarlar siyahısı Azərbaycan Prezidentinə təqdim olunub. Dövlət başçısına təqdim edilən siyahıda 140 nəfərə yaxın məhbusun adı var", - Komissiyadan bildirilib.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin növbəti əfv fərmanı imzalayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi