Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

Daxili siyasət
  • 20 fevral, 2018
  • 13:54
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda 100-dən çox müraciətə baxılıb. 

Beləliklə, ümumilikdə, baxılan müraciətlərin sayı 400-ə çatıb.

Xatırladaq ki, Əfv Məsələləri Komissiyasına 1000-dək müraciət daxil olub. Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.

44 filmi