Yuxarı

​Əfv Məsələləri Komissiyası iclaslarını yekunlaşdırıb

Bu gün sonuncu iclas keçirilib

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası iclaslarını yekunlaşdırıb.

Bu barədə "Report"a Komissiyanın üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.

O bildirib ki, sonuncu iclas bu gün keçirilib və müraciətlərə baxılıb.

"Ümumilikdə, 400-dən artıq müraciətə baxıldı, tövsiyə xarakterli qərarlar qəbul olundu", - deyə o bildirib.

Komissiyanın tövsiyə xarakterli qərarları yaxın müddətdə Azərbaycan Prezidentinə təqdim olunacaq.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin növbəti əfv fərmanı imzalayacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi