Ədliyyə Nazirliyi: "İl ərzində 5 milyona yaxın notarial sorğu qəbul edilir"

Ədliyyə Nazirliyi: "İl ərzində 5 milyona yaxın notarial sorğu qəbul edilir" "Son dövrlər ölkədə rəqəmsal hökümətə keçid həyata keçirilir və ədliyyə sahəsi də bu prosesdən geri qalmır".
Daxili siyasət
8 Dekabr , 2021 15:45
Ədliyyə Nazirliyi: İl ərzində 5 milyona yaxın notarial sorğu qəbul edilir
Ağakərim Səmədzadə

"Son dövrlər ölkədə rəqəmsal hökumətə keçid həyata keçirilir və ədliyyə sahəsi də bu prosesdən geri qalmır".

"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

O bildirib ki, 20-dən çox dövlət qurumu fəaliyyətləri çərçivəsində nazirliyin elektron notariat sistemləri ilə inteqrasiyasına çalışırlar: "Bu gün 24 dövlət orqanının 40-dan çox informasiya resursu nazirliyin elektron rəqəmsal sistemləri ilə inteqrasiya edir. İl ərzində 5 milyona yaxın notarial sorğu qəbul edilir. Onu da qeyd edim ki, inteqrasiyaların böyük əksəriyyəti elektron hökümət və "ASAN Bridge" platformaları üzərindən təmin edilib".

Son xəbərlər

Orphus sistemi