Ədliyyə naziri Qubada vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Qubada vətəndaşları qəbul edəcək Bakı. 5 mart. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov martın 7-də Quba rayonunda vətəndaşları qəbul edəcək. 
Daxili siyasət
5 Mart , 2018 10:50
Ədliyyə naziri Qubada vətəndaşları qəbul edəcək

Bakı. 5 mart. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov martın 7-də Quba rayonunda vətəndaşları qəbul edəcək. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Xaçmaz regional ədliyyə idarəsi (ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, bina 17, əlaqə telefonu: (02332) 5-18-88), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi