Nazir: "Prezidentin fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafı üçün mühüm "yol xəritəsi"dir"

Nazir: "Prezidentin fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafı üçün mühüm "yol xəritəsi"dir" Prezidentin fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafı üçün mühüm yol xəritəsidir.
Daxili siyasət
4 Aprel , 2019 19:51
Nazir: Prezidentin fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafı üçün mühüm yol xəritəsidir

"Prezidentin fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafı üçün mühüm "yol xəritəsi"dir".

"Report"un məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli fərmanından irəli gələn vəzifələrin təxirəsalınmadan icrasının təşkili ilə bağlı Ədliyyə Nazirliyinin aprelin 4-də keçirilən kollegiya iclasında deyib.

Nazir bildirib ki, fərman dövlət başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Fərman bu sahədə islahatların dərinləşdirilməsini, yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə ədliyyə və məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyən edən mühüm "yol xəritəsi"dir.

Son xəbərlər

Orphus sistemi