Yuxarı
    Bağlamaq

    Ədliyyə naziri Oğuz rayonunda qəbul və müşavirə keçirib

    Nazir Qəbələ Rayon Məhkəməsinə baş çəkərək son tamamlama işləri ilə də tanış olub

    Bakı 30 dekabr. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov Oğuz rayonunda Oğuz, Qəbələ və Ağdaş rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

    Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

    Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə müşavirə keçirib.

    Müşavirədə vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara daim qayğı və nəzakətlə xidmət göstərilməsi, bu zaman etik davranış qaydalarına ciddi riayət olunması ilə bağlı dövlət başçısının tələbləri diqqətə çatdırılıb, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin düzgün təşkili və digər tövsiyə və tapşırıqlar verilib.

    Eyni zamanda, şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasının vacibliyi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi, əmək və icra intizamının möhkəmləndirilməsi qeyd olunub, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm institusional və qanunvericilik tədbirlərindən bəhs edilib.

    Nazir, həmçinin respublikamızda məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində tikintisi başa çatmaqda olan Qəbələ Rayon Məhkəməsinə baş çəkərək son tamamlama işləri ilə tanış olub, müvafiq tapşırıqlar verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi