Ədliyyə naziri İran səfiri ilə görüşüb

Ədliyyə naziri İran səfiri ilə görüşüb İki ölkənin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi müzakirə olunub
Daxili siyasət
22 Dekabr , 2016 18:29
Ədliyyə naziri İran səfiri ilə görüşüb

Bakı 22 dekabr. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov İran İslam Respublikasının Azərbaycana yeni təyin olunan səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan və İran arasında dostluq və səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ikitərəfli münasibətlərin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolu və qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb, ölkələrimizin zəngin müqavilə bazasına söykənən əlaqələrinin hüquqi sahədə də uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.

Söhbət zamanı iki ölkənin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsinə maraq göstərilib, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, hüquqi məsələlərin həlli üçün mütəmadi ekspert məsləhətləşmələrin keçirilməsi məqsədilə işçi qrupun yaradılmasına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin edilməsi barədə razılığa gəlinib, həmçinin hüquqi yardım, məhkumların verilməsi və digər məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi