Ədliyyə naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək Qəbulda Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq
Daxili siyasət
11 İyul , 2017 15:37
Ədliyyə naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək

Bakı. 11 iyul. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov iyulun 14-də Daşkəsən rayonunda vətəndaşları qəbul edəcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə,  Daşkəsən şəhəri Heydər Əliyev meydanı 2 ünvanında yerləşən inzibati binada keçiriləcək qəbulda Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Gəncə regional ədliyyə idarəsi (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi; əlaqə telefonu: (022) 254-48-15,(022) 254-48-21), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi