DTX-nın rəis müavini: "20 yanvar hadisələrini törədənlər Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini sarsıtmaq istəyirdilər"

DTX-nın rəis müavini: "20 yanvar hadisələrini törədənlər Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini sarsıtmaq istəyirdilər" İlqar Musayev: "Amma buna nail ola bilmədilər"
Daxili siyasət
4039
18 Yanvar , 2018 11:46
DTX-nın rəis müavini: 20 yanvar hadisələrini törədənlər Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini sarsıtmaq istəyirdilər
Report/ Firi Salim

Bakı. 18 yanvar. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Müasir Azərbaycanın qəhrəmanlıq məktəbi: 20 Yanvardan bu günədək" mövzusunda tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə 20 Yanvar şəhidlərinin, Milli Qəhrəmanların ailə üzvləri, dövlət rəsmiləri iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycanın müstəqillik mübarizəsinə, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik siyasətinə həsr olunan film nümayiş olunub.

DTX-nın rəis müavini, general-mayor İlqar Musayev bildirib ki, həmin qanlı hadisələrin baş verməsindən illərin ötməsi o günü unutdurmur, əksinə tarixi əhəmiyyətini və dəyərini daha dərindən dərk etməyə imkan verir: "Həmin faciəni törətməkdə məqsəd Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, azadlıq uğrunda mübarizliyini məhv edib sarsıtmaq idi. Amma buna nail ola bilmədilər. Xalqımız igid, qəhrəman övladları şəhidlik zirvəsinə ucalaraq əbədi ölməzlik qazandılar".

O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində Prezident İlham Əliyev tərəfindən ardıcıl və geniş iş aparılır: "Azərbaycan bu yöndə dövlət səviyyəsində böyük siyasi- diplomatik iradə və əzm nümayiş etdirir. Ölkədə ordu quruculuğu işləri uğurla davam etdirilir. Aprel döyüşləri də buna bariz nümunədir".

"Şəhid anaları" Xeyriyyə Cəmiyyətinin sədri, Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova, Azərbaycan Xüsusi Xidmət Veteranları İctimai Birliyinin sədri Şamil Süleymanov və digər çıxış edənlər vurğulayıblar ki, 1990-cı ildə yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə sədaqətini bütün dünaya nümayiş etdirib. 

Tədbir çıxışlarla davam edib.

Son xəbərlər

Orphus sistemi