Yuxarı

DSK-ların maliyyə hesabatının MSK-ya təqdimetmə müddəti başa çatıb

Maliyyə hesabatı səsvermə günündən sonra 10 gün müddətində MSK-ya təqdim edilməlidir

Bakı. 7 oktyabr. REPORT.AZ/ Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyalarının (DSK) maliyyə hesabatlarının Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatıb.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, dairə seçki komissiyaları maliyyə hesabatını səsvermə günündən sonra 10 gün müddətində - oktyabrın 7-dək MSK-ya təqdim etməlidir.

Qeyd edək ki, Azərbaycanda sentyabrın 26-da ümumxalq səsverməsi keçirilib. Ümumxalq səsverməsinə çıxarılmış Referendum Aktı layihəsi 29 hissədən ibarət olub. Referendumda 5 milyon 267 min 111 seçicidən 3 milyon 671 min 797 nəfəri, ümumilikdə 69,7 faizi iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi