Bakı. 15 yanvar. REPORT.AZ/ Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dövlət qurumlarından daxil olan müraciətlərin sayı açıqlanıb.
“Report”un xəbərinə görə, idarə rəisi Kamran Əliyev 2018-ci ilin yekunlarına dair mətbuat konfransında deyib ki, Baş İdarə ilə
Onun sözlərinə görə, 2018-ci il ərzində Ədliyyə Nazirliyindən 13, Dövlət Təhlükəsizliyi Xidmətindən 12, Daxili İşlər Nazirliyi 4, Səhiyyə Nazirliyindən 4, Təhsil Nazirliyindən 5, Dövlət Gömrük Komitəsindən 17, Vergilər Nazirliyindən 7, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 21, Qida Təhlükəsizliyi Agentliyindən 8, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 6, məhkəmələrdən isə 22 material Baş İdarəyə daxil olmaqla araşdırma aparılıb, nəticədə 43 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb.