Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edilib

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edilib 31 may 2024-cü il tarixində 40 dövlət orqanında inzibati vəzifələrin 2-7-ci təsnifatına uyğun olan 94 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
Daxili siyasət
31 May , 2024 12:35
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) 31 may 2024-cü il tarixində 40 dövlət orqanında inzibati vəzifələrin 2-7-ci təsnifatına uyğun olan 94 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verib.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Bildirilib ki, Daxili müsahibə elan edilən vəzifələrin 1-i inzibati vəzifələrin ikinci təsnifatına, 3-ü üçüncü təsnifatına, 17-si dördüncü təsnifatına, 26-sı beşinci təsnifatına, 13-ü altıncı təsnifatına və 34-ü yeddinci təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (10 vəzifə) tərəfindən təqdim olunub. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aparat rəhbəri vəzifəsidir.

Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 13-ü Naxçıvan Muxtar Respublikasının 5 dövlət orqanı, 32-si isə 21 yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib.

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:

Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Həmçinin 1–3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci - üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarına aid mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Prezident yanında Ali Attestasiya Komissiyası, Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə iddia edən şəxslər;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 31 may 2024-cü il tarixindən 20 iyun 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Son xəbərlər

Orphus sistemi