"Qaçqınkom"un 100 əməkdaşı hərbçilərə qan verib

"Qaçqınkom"un 100 əməkdaşı hərbçilərə qan verib Bakı. 19 yanvar. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar ilk dəfə “Qanımız bir, canımız bir” adlı könüllü qanvermə aksiyası keçirilib.
Daxili siyasət
19 Yanvar , 2019 16:26
Qaçqınkomun 100 əməkdaşı hərbçilərə qan verib

Bakı. 19 yanvar. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar ilk dəfə “Qanımız bir, canımız bir” adlı könüllü qanvermə aksiyası keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aksiyanın məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin ön sıralarında dayanan hərbçilərin sağlamlığının qorunmasına kömək etməkdir.

Aksiyanı Müdafiə Nazirliyinin hərbi qanköçürmə stansiyasının 20 həkimdən ibarət briqadası aparıb. Aksiya çərçivəsində könüllü donor kimi Dövlət Komitəsinin 100 nəfərə yaxın əməkdaşı qan verib.

Tədarük olunan qan nümunələri hərbi qanköçürmə stansiyasında yoxlandıqdan sonra xəstələrin müalicəsində istifadə olunacaq.

Son xəbərlər

Orphus sistemi