Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi elanı verib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi elanı verib Məlumatlar Dövlət Komissiyasının rəsmi e-mail ünvanına göndərilməlidir
Daxili siyasət
1962
19 Dekabr , 2015 16:32
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi elanı verib

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu mütəxəssislərinin işə qəbulunu elan edib.

Bu barədə "Report"a Komissiyadan məlumat verilib. İşə dəvətlə bağlı tələblərə şəxsin ali təhsilli, Azərbaycan, ingilis və rus dillərini (digər Avropa dillərini bilmək üstünlük sayılacaq) mükəmməl bilən, MS Office (Access, PowerPoint, Word, Excel); Adobe Photoshop; Adobe Corel Draw; Adobe PhotoPaint; Acrobat Reader kompüter proqramlarında, internet şəbəkəsində və ofis avadanlıqlarında sərbəst işləmək bacarığının olması daxildir. Müraciət edənlərin yaş həddi 40-a qədər olmalıdır.

Məlumatlar (telefon nömrələri göstərilməklə) Dövlət Komissiyasının rəsmi e-mail ünvanına ([email protected]) göndərilməlidir.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-leytenant Mədət Quliyevdir.

Son xəbərlər

Orphus sistemi