Dövlət başçısı 8 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

Dövlət başçısı 8 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub - YENİLƏNİB Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Daxili siyasət
12 Sentyabr , 2018 13:21
Dövlət başçısı  8 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

"Report" xəbər verir ki, məktəbin direktoru Aytən Baxşəliyeva təhsil ocağında görülən işlər barədə dövlət başçısına məlumat verib.

Diqqətə çatdırılıb ki, bu məktəbin binası 1900-cü ildə inşa edilib. Burada əvvəllər hərbi xəstəxana, sonralar isə Bakı Hərbi Məktəbi yerləşib. 1945-ci ildən binada 8 saylı tam orta məktəb fəaliyyət göstərir. Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Kərim Kərimovun adını daşıyan məktəbdə təmir işlərinə Prezident İlham Əliyevin təsdiq etdiyi layihəyə uyğun olaraq bu ilin mayından başlanılıb, yenidənqurma və təchizat işləri qısa vaxt ərzində və yüksək səviyyədə həyata keçirilib.

Dövlət başçısı məktəbdə yaradılan şəraitlə tanış olub.

Azərbaycan Prezidentinin Sərəncamı ilə 8 nömrəli məktəb 2010-2011-ci tədris ilində keçirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olub.

Bildirilib ki, məktəbin üçmərtəbəli binası əsas və yardımçı korpuslardan ibarətdir. Burada 780 şagird təhsil alır, 2016-2017-ci tədris ilindən məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Yenidənqurma işləri zamanı bütün sinif otaqları, emalatxana, hərbi otaq, laboratoriyalar, yeməkxana, idman və akt zalları, eləcə də digər xidmət otaqları əsaslı şəkildə təmir edilib, əlavə 5 sinif otağı artırılıb. Təhsil müəssisəsində 70 nəfəri pedaqoji işçi olmaqla, ümumilikdə, 83 nəfər əməkdaş çalışır. Burada pedaqoji kollektivin fəaliyyət göstərməsi və şagirdlərin müasir tələblərə cavab verəcək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib.

Zəngin təbii sərvətləri olan Azərbaycanda bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Son illərdə müasir məktəb binaları tikilir, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunur. Bu proses ölkəmizin bütün bölgələrini əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir. Yüksək şəraiti və müasir tədris-təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də 8 saylı tam orta məktəbdir.


*** 10:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Səbail rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

"Report"un xəbərinə görə, dövlət başçısına məktəbdə görülən yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi