“Diplomatik Protokol Bələdçisi”nin funksiya və məqsədləri açıqlanıb

“Diplomatik Protokol Bələdçisi”nin funksiya və məqsədləri açıqlanıb Bu gün təqdim olunan Bələdçidə də 1993-2003-cü illəri əhatə edən Azərbaycanın xarici siyasətinə dair məlumatların tarixi fotoşəkillərin işığında təqdim edilməsi Azərbaycan diplomatiyasının ən yeni tarixinin diplomatik vəsaitlərdə əbədiləşdirilməsi ilə yan
Daxili siyasət
16 Dekabr , 2023 10:55
“Diplomatik Protokol Bələdçisi”nin funksiya və məqsədləri açıqlanıb

Bu gün təqdim olunan Bələdçidə də 1993-2003-cü illəri əhatə edən Azərbaycanın xarici siyasətinə dair məlumatların tarixi fotoşəkillərin işığında təqdim edilməsi Azərbaycan diplomatiyasının ən yeni tarixinin diplomatik vəsaitlərdə əbədiləşdirilməsi ilə yanaşı, dövlətçilik tarixində kifayət qədər qısa zaman kəsiyi hesab olunan 10 il ərzində formalaşmış Azərbaycan xalqının ən dəyərli siyasi irsinin bir daha dünyaya nümayiş etdirilməsi məqsədi daşıyır.

"Report" xəbər verir bu barədə Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəisi Ramil Rzayev “Diplomatik Protokol Bələdçisi”nin təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bələdçinin giriş səhifəsində yer almış Ulu Öndərin sözləri və ifadələri təsadüfən seçilməmişdir: "Həmin sözlər və ifadələr Heydər Əliyev tərəfindən yaradılan və inkişaf etdirilən müasir Azərbaycan dövlətinin xarici siyasətinin əsasını və prinsiplərini təşkil edirdi – “ikitərəfli, qarşılıqlı surətdə faydalı əlaqələr qurmaq, dünyanın bütün ölkələri ilə mehriban və dostluq əlaqələri yaratmaq, və bu missiyaların həyata keçirilməsində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik missiyalarla yaxından əməkdaşlıq etmək".

Bələdçinin protokol qaydaları hissələrinə gəldikdə isə 40 hissədən ibarət olan və iki dildə nəşr olunmuş bu vacib vəsait Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, diplomatik korpusun hüquq və vəzifələrinə də ətraflı aydınlıq gətirir.

Hesab edirəm ki, Bələdçi diplomatik protokol sahəsində gələcəkdə uzunmüddətli protokol standartları və təcrübəsi baxımından vacib istinad mənbəsi və bazası rolunu oynayacaqdır. Bələdçidə həmçinin, istinad olunan konvensiyalar, qanunvericilik aktları, hüquqi adətlər və təcrübə sistemləşdirilmiş hala salınmışdır və bu, ölkədə fəaliyyət göstərən diplomatik missiyalar olaraq həmin məlumatları əldə etməniz, tanış olmanız istiqamətində işinizi asanlaşdıracaqdır".

Son xəbərlər

Orphus sistemi