Deputatlığa namizəd Seymur Bayramov görüşlərini davam etdirir - VİDEO

Deputatlığa namizəd Seymur Bayramov görüşlərini davam etdirir - VİDEO 92 saylı Zərdab-Ucar seçki dairəsindən namizədliyi qeydə alınan Seymur Bayramov fərdi və kütləvi görüşlərini uğurla davam etdirir.
Daxili siyasət
4 Fevral , 2020 14:50
Deputatlığa namizəd Seymur Bayramov görüşlərini davam etdirir - VİDEO

92 saylı Zərdab-Ucar seçki dairəsindən namizədliyi qeydə alınan Seymur Bayramov fərdi və kütləvi görüşlərini uğurla davam etdirir.

Qısa zaman çərçivəsində, demək olar, əksər kənd və evlərdə görüşlərdə olan gənc namizəd daha çox insanlarda proseslərə maraq oyatmaq, şəffaf seçkilərin keçiriləcəyinə inandırmaq kimi maarifləndirici təbliğat və təşviqat kampaniyası həyata keçirir. Bundan əlavə, paralel olaraq gənc namizədin sosial şəbəkələrdə xüsusi fəallığı diqqəti cəlb edir. Onun sosial şəbəkələrdə videomüraciəti, insanlarla canlı bağlantıya çıxaraq suallarını cavablandırması xüsusi maraq yaradır. 

Görüşlər zamanı namizədin platformasında qeyd olunan ən əsas məsələlərdən biri seçkilər bitdikdən sonra deputat və seçicilər arasında ünsiyyət və sağlam əlaqələrin qurulmasına dair yeni, innovativ mexanizmlər və metodların tətbiqidir. 

"Daha çevik və sağlam əlaqələr qurularsa və bu əlaqələr bütün seçiciləri əhatə edərsə, növbəti 5 il ərzində daha səmərəli fəaliyyət formalaşmış olar" fikrini irəli sürən gənc namizəd gənclər, müəllimlər, səhiyyə və mədəniyyət işçilərinə səslənərək insanlarımıza düzgün təbliğat-təşviqat aparmalarını və gələcək nəsillərin daha sağlam yetişməsində fəal iştirak etmələrini diləyib.

Son xəbərlər

Orphus sistemi