Deputat: “Sərxoş vəziyyətdə moped sürənlər olur”

Deputat: “Sərxoş vəziyyətdə moped sürənlər olur” “Bəzən sərxoş vəziyyətdə moped sürənlər də olur”.
Daxili siyasət
29 Noyabr , 2022 16:22
Deputat: “Sərxoş vəziyyətdə moped sürənlər olur”

“Bəzən sərxoş vəziyyətdə moped sürənlər də olur”.

“Report”un məlumatına görə, bunu Milli Məclisin deputatı Nigar Arpadarai parlamentin plenar iclasındakı çıxışında bildirib.

O qeyd edib ki, bu gün ölkədə mopedlərdən daha çox gənclər kuryer kimi istifadə edir, pul qazanırlar: “Onların işləmə imkanlarını dəstəkləyirik. Amma bəzən sərxoş vəziyyətdə moped sürənlər də olur. Çox zaman qəza baş verir və törədəni tapmaq mümkün olmur. Ona görə də onların qeydiyyatı önəmlidir. Təklif edərdim ki, velosipedin nəqliyyat vasitəsi kimi təşviq edilsin. Bu sahədə kifayət qədər iş görmürük. Mərkəz hissədə velosiped yolları çəkilir, amma istifadə olunmur. Çünki bu iş təzə başlanılıb. Təbii ki, şəhərdən kənarda heç bir infrastruktur yaradılmayıb. Bu şəbəkə yoxdur. Əslində velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edilsəydi mopeddən istifadə edənlərin bir qismi velosipedə keçərdi və qəzaların sayı da az olardı”.

Son xəbərlər

Orphus sistemi