Prezident növbəti 7 ilin əsas tezisi kimi üç məsələni müəyyənləşdirdi - RƏY

Prezident növbəti 7 ilin əsas tezisi kimi üç məsələni müəyyənləşdirdi - RƏY Milli Məclisin deputatı Hikmət Babaoğlu bu gün keçirilən inaqurasiya mərasimində Prezident İlham Əliyevin çıxışının 20 illik bir dövrün hesabatı və bundan sonrakı 7 ildə görüləcək işlərlə bağlı əsas istiqamətləri özündə əks etdirdiyini bildirib.
Daxili siyasət
14 Fevral , 2024 19:51
Prezident növbəti 7 ilin əsas tezisi kimi üç məsələni müəyyənləşdirdi - RƏY

Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı 20 illik bir dövrün hesabatı və bundan sonrakı 7 ildə görüləcək işlərlə bağlı əsas istiqamətləri özündə əks etdirir.

Bunu "Report"a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Deputat dövlət başçısının ötən 20 illik prezidentlik dövrünü uğurlar və qalibiyyətlər dövrü adlandırıb:

"Əgər biz Prezident İlham Əliyevin fəaliyyəti dövrünə baxsaq, görəcəyik ki, hər bir addım özündən sonrakı mühüm strateji vəzifələri icra etmək üçün atılıb. Nəticədə bizim 2016-cı ildə və ondan sonrakı mərhələlərdə əldə etdiyimiz qalibiyyətlər bir-birini tamamlamaqla vahid qələbəmizə gətirib çıxarıb. Azərbaycan xalqının 100 illik arzusu reallaşıb, "Dağlıq Qarabağ" adlı problem ölkəmizin tarixindən silinib. Ona görə də Azərbaycan Prezidenti qeyd etdi ki, mən Xankəndidə səs verərkən qutuya atdığım bülletin sadəcə bülleten deyil, erməni separatizminin tabutuna vurulan sonuncu mismar idi".

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti yeni dövrün əsas səciyyəvi istiqamətlərini və prioritetləri kimi ilkin məqsəd üçün üç əsas məsələni müəyyənləşdirib:

"Bunlardan birincisi, ordu və hərbi sənaye quruculuğu, ikincisi iqtisadi inkişaf, üçüncüsü isə ən müasir innovativ texnologiyaların tətbiqi ilə Azərbaycan iqtisadiyyatını yeni keyfiyyət mərhələsinə qaldırmaq və bundan doğan münasibətlər sistemində vətəndaşımızın sosial rifahının təmin olunması məsələsidir. Yəni Azərbaycan Prezidenti növbəti yeddi ilin əsas tezisi kimi üç məsələni müəyyənləşdirdi: güclü iqtisadiyyat, güclü ordu və güclü xarici siyasət. İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun tamamilə yeni inkişafından danışdı. Düşünürəm ki, müasir texnologiyalardan tətbiqi ilə Azərbaycanda iqtisadi münasibətlərin və onların gətirəcəyi rifahın növbəti 7 ildə prioritet olması gerçəkliyə çevriləcək".

Son xəbərlər

Orphus sistemi