Deputat Naqif Həmzəyev: “Azərbaycan gəncləri Avropa İttifaqının layihələrində fəal iştirak edəcəklər"

Deputat Naqif Həmzəyev: “Azərbaycan gəncləri Avropa İttifaqının layihələrində fəal iştirak edəcəklər" Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Gənclər və idman komitəsinin üzvü, deputat Naqif Həmzəyev və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov Portuqaliyanın Kaskais şəhərində səfərdə olublar.
Daxili siyasət
15 May , 2018 15:30
Deputat Naqif Həmzəyev: “Azərbaycan gəncləri Avropa İttifaqının layihələrində fəal iştirak edəcəklər
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Gənclər və idman komitəsinin üzvü, deputat Naqif Həmzəyev və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov Portuqaliyanın Kaskais şəhərində səfərdə olublar.

"Report" xəbər verir ki, səfər çərçivəsində Avropa İttifaqının (Aİ) Tədqiqat, elm və innovasiyalar üzrə komitə sədri Karlos Moedas, Kaskay şəhərinin meri Karlos Karreiras və Avropa Gənclər hərəkatının fəal gənc liderləri ilə görüş olub.

Deputat Naqif Həmzəyev görüşdə bildirib ki, Azərbaycan gəncləri Avropa İttifaqının layihələrində fəal iştirak edəcəklər.

Görüş zamanı gənclər siyasəti, gənclərin fəal iştirakçılığı, könüllülük, liderlik, beynəlxalq gənclər işi, gənclərin məşğulluğu və gənclər siyasətinin gücləndirilməsi, təcrübə mübadiləsi kimi məsələlər müzakirə edilib. Erasmus proqramı çərçivəsində icra olunan "Gənclər üçün yaxın olan şəhərlərdə məsləhət mexanizminin işlənməsi" layihəsinə dair hesabat dinlənilib. Gələcəkdə "Avropa Gənclər Paytaxtı şəbəkəsi"nin inkişaf etdirilməsi və gənclər sahəsində birgə layihələrin işlənməsi üçün razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi