Deputat: "Azərbaycanda köhnə məmur tipinin mövcud olması əsla mümkün deyil"

Deputat: "Azərbaycanda köhnə məmur tipinin mövcud olması əsla mümkün deyil" "Hazırda ölkəmizdə həyata keçirilən islahatların ən önəmli istiqamətlərindən biri kadr islahatlarıdır. Biz kadr islahatları mərhələsində yeni keyfiyyət dəyişikliklərini müşahidə etməkdəyik".
Daxili siyasət
25 Avqust , 2020 20:48
Deputat: Azərbaycanda köhnə məmur tipinin mövcud olması əsla mümkün deyil
Hikmət Babaoğlu

"Hazırda ölkəmizdə həyata keçirilən islahatların ən önəmli istiqamətlərindən biri kadr islahatlarıdır. Biz kadr islahatları mərhələsində yeni keyfiyyət dəyişikliklərini müşahidə etməkdəyik".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

"Uzun illər Azərbaycan ictimaiyyətinin alışdığı xüsusi bir məmur obrazı formalaşmışdı, eyni zamanda bu, əvvəlki dönəmlərdə Azərbaycan məmurunun mənimsədiyi bir məmur obrazı idi. Belə məmur obrazı klassik, mühafizəkar və ictimaiyyət tərəfindən bəzi hallarda tənqidə məruz qalan obraz kimi qəbul olunurdu. Amma hazırda cəmiyyətdə ictimai nəzarət funksiyası artdıqca, yeni ictimai tələblər yarandıqca yeni keyfiyyətdə məmur obrazının yaranması da aktuallaşıb. Bu, hər şeydən öncə Azərbaycanda mövcud olan və islahatlar həyata keçirən ali siyasi iradə ilə bağlıdır. Çünki hazırkı mərhələdə dəyişən və inkişaf edən yenilənən Azərbaycanda köhnə məmur tipinin mövcud olması əsla mümkün deyil", - o deyib.

Deputat bildirib ki, son bir neçə ildə həyata keçirilən təyinatlar yeni məmur obrazını yaratmağı bacarıb: "Bu obraz xalq tərəfindən qəbul olunur. Belə məmur obrazı xalqın içərisində olan, onun problemlərini həll edən obrazdır. Bu həmçinin Azərbaycan Prezidentinin həmişə xüsusi olaraq vurğuladığı kimi, xalqa xidmət edən məmur obrazıdır. Bu isə böyük bir nailiyyət və uğurdur. Dünən Prezident İlham Əliyevin onlayn formatda yeni icra başçılarını qəbul edərkən müxtəlif əhəmiyyətli məsələlərə toxunaraq bir daha ümumilikdə bütün məmurlar üçün ciddi xəbərdarlıq və tövsiyələrini bir daha səsləndirdi. Məsələn, rayon icra hakimiyyəti başçılarına hər bir kəndi gəzməklə bağlı xüsusi tövsiyələr verildi. Rayonlara investisiya, sərmayələrin cəlb edilməsi, yeni iş yerlərinin yaradılması ilə əlaqəli tapşırıq və tövsiyələr də diqqətdən yayınmadı. Bu prosesdə hüququn bir daha xatırladılması isə tamamilə yerində olan hadisə idi. Çünki hüquq və ədalət olmadığı yerdə intizam və nümunəvi iş də olmayacaq".

H.Babaoğlu vurğulayıb ki, Azərbaycan Prezidentinin məmurlara bir daha xəbərdarlıqlar etməsi, son günlərə qədər davam edən bəzi icra hakimiyyətlərinin özündən əvvəlki həmkarları ilə baş verən hadisələrdən ibrət dərsi çıxara bilməməsi ilə əlaqədar idi: "Məsələn, Kürdəmir Rayon İcra Hakimiyyətinin keçmiş rəhbəri... Bu səbəbdən də bir daha hüququn xatırladılmasını hamıya şamil olunan bir məsələ kimi qiymətləndirərdim. Xüsusən də məsul vəzifədə çalışan şəxslərə. Bu da Azərbaycanın hüquqi dövlət fəlsəfəsindən və hüququn üstünlüyü prinsipindən irəli gəlir".

Son xəbərlər

Orphus sistemi