​Müsavat başqanının müavini: "Demokratiya və İnsan Haqları Mərkəzi öz funksiyasından kənar məsələlərlə məşğuldur"

​Müsavat başqanının müavini: "Demokratiya və İnsan Haqları Mərkəzi öz funksiyasından kənar məsələlərlə məşğuldur" "Müsavat Partiyası "Azadlıq-2015" Seçki Blokuna qoşulmayacaq"
Daxili siyasət
5 Fevral , 2015 15:40
​Müsavat başqanının müavini: Demokratiya və İnsan Haqları Mərkəzi öz funksiyasından kənar məsələlərlə məşğuldur

Bakı. 5 fevral. REPORT.AZ/ "Müsavat Partiyası Demokratiya və İnsan Haqları Mərkəzində funksional əməkdaşlıqla məşğuldur. Bu əməkdaşlığın seçkiyə aidiyyəti yoxdur. Həmin Mərkəz çərçivəsində hansısa seçki blokunun yaradılması məsələsi partiyamız üçün gündəmdə deyil".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyası başqanının müavini Elman Fəttah deyib. O bildirib ki, Müsavat Partiyası "Azadlıq-2015" Seçki Blokuna qoşulmayacaq: "Mərkəz hazırda öz funksiyasından kənar məsələlərlə məşğuldur. Orada partiyaların qarşılıqlı bir öhdəliyi yoxdur. Şəxsi qənaətimə görə, Mərkəz artıq ənənəvi funksiyasından çıxıb. Bu qurum partiyaların siyasi məhbuslarla bağlı əməkdaşlıq mərkəzidir. Biz də bu Mərkəzdəki partiyalarla yalnız siyasi məhbuslarla bağlı məsələlərdə funksional əməkdaşlıq edirik".

Qeyd edək ki, Mərkəzdə təmsil olunan 11 partiyadan səkkizi - Azərbaycan Xalq Partiyası (AXP), Azadlıq Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası( KXCP), Aydınlar Partiyası, Azad Demokratlar Partiyası (AzDP), Vətəndaş və İnkişaf Partiyası (VİP), Böyük Azərbaycan Partiyası (BAP) və Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) "Azadlıq-2015" Seçki Blokunun yaradılması ilə bağlı qərar qəbul edib. Azərbaycan Demokrat Partiyası və Ümid Partiyası isə Mərkəzi tərk edib.

Son xəbərlər

Orphus sistemi