Cənubi Koreyada Azərbaycan prezidenti seçkiləri ilə bağlı səsvermə başa çatıb

Cənubi Koreyada Azərbaycan prezidenti seçkiləri ilə bağlı səsvermə başa çatıb Növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar ölkəmizin Koreya Respublikasındakı səfirliyində yaradılan seçki məntəqəsində səsvermə başa çatıb.
Daxili siyasət
7 Fevral , 2024 14:42
 Cənubi Koreyada Azərbaycan prezidenti seçkiləri ilə bağlı səsvermə başa çatıb

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Koreya Respublikasındakı səfirliyində yaradılan seçki məntəqəsində səsvermə başa çatıb.

"Report" xəbər verir ki, yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə 03:00) başlayan səsvermə saat 19:00-da (Bakı vaxtı 14:00) yekunlaşıb.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi