Cəlilabadda 1918-ci ilin 31 Mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib

Cəlilabadda 1918-ci ilin 31 Mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib Cəlilabad rayonunda 1918-ci ilin 31 Mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tədbir keçirilib.
Daxili siyasət
29 Mart , 2019 23:58
Cəlilabadda 1918-ci ilin 31 Mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib

Cəlilabad rayonunda 1918-ci ilin 31 Mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tədbir keçirilib. 

"Report"un Muğan bürosu xəbər verir ki, tədbir Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutub.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə rayon məktəblilərinin və gənclərinin 31 Mart azərbaycanlıların soyqrımına həsr olunmuş rəsmləri nümayiş olunub. 

Tədbirdə 1918-ci ilin 31 Mart soyqırımına dair sənədli film və rayon mədəniyyət işçilərinin hazırladığı "31 Mart 1918-ci il Azərbaycan tarixinin qanlı səhifəsidir" tamaşası nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi