“Report” xəbər verir ki, layihəni MM sədrinin müavini Bahar Muradova deputatların diqqətinə çatdırıb.
Beləliklə, "Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" qərar layihəsi səsverməyə çıxarılıb və 99 lehinə səslə qəbul edilib. Səsvermədə 1 nəfər bitərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. Bir deputat isə səsvermədə iştirak etməyib.
*** 12:31
“Report” xəbər verir ki, bunu spiker Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında bildirib.
O deyib kİ, heyətin tərkibinə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri, MM sədrinin müavini
*** 12:21
"Report" xəbər verir ki, hazırda deputatlar parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanacaq müraciəti müzakirə edirlər.
*** 12:12
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat
"Report" xəbər verir ki, müraciətdə deyilir:
“Ulu Öndər
Prezident İlham Əliyevin rəhbərliyi altında islahatlar konsepsiyası hazırda daha böyük dinamizm qazanmaqdadır. Azərbaycan Nazirlər Kabinetində, Məhkəmə hüquq sistemində və regional idarəetmə orqanlarında struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Cəmiyyət inanır ki, islahatlar bunda sonra da uğurla davam etdiriləcək.
Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilə islahatların daha da genişlənməsi və dərinləşməsi prosesində kənarda qalmamalı, islahatların qanunvericilik sahəsində də əhatə etməsi təmin etmək məqsədilə prinsipal mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir. Belə ki, indiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, yeniləşməsinə dərin islahatlar strategiyasına uyğunlaşmasına dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarıq şəkildə biruzə verir”.
S.Novruzov digər deputatlara çağırış edərək onları müraciətə qoşulmağa səsləyib.
Daha sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri
Hazırda plenar iclas davam edir.
*** 12:01
“Report” xəbər verir ki, spiker
O.Əsədov deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi köklü islahatlar son dövrlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Onun sözlərinə görə, Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə sistemində, bir sözlə, bütün sahələrdə aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır:
“Həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsini və parlamentin yeniləşməsini zəruri edib”.
Xatırladaq ki, bugünkü iclasda Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələyə baxılacaq.
*** 07:30
Bu gün
“Report” xəbər verir ki, iclasın gündəliyinə yalnız bir məsələ daxildir.
Millət vəkilləri Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti
Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.