Yuxarı

Bu gün Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin seçkiqabağı təşviqat kampaniyası başlayır

Seçkiqabağı təşviqatın aparılması dekabrın 22-də saat 8.00-da dayandırılacaq

Bakı. 29 noyabr. REPORT.AZ/ Noyabrın 30-da Azərbaycanda bələdiyyə seçkilərində namizədliyi qeydə alınmış şəxslərin təşviqat kampaniyası başlayır.

"Report"un məlumatına görə, saat 08.00-da başlanacaq təşviqat kampaniyasını qeydə alınmış namizədlər, onların vəkil təyin edilmiş şəxsləri, səlahiyyətli nümayəndələri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları apara bilərlər.

Seçkiqabağı təşviqat dekabrın 22-də saat 8.00-də dayandırılacaq.

Qeyd edək ki, Azərbaycanda dekabrın 23-də 118 dairədə keçiriləcək bələdiyyə seçkilərində 1 607 bələdiyyəyə 15 035 üzv seçilməlidir. İndiyədək bələdiyyə üzvlüyünə 37 232 nəfərin namizədliyi qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi