Braziliyalı deputat: "Qadınların seçki prosesinə cəlbi çox önəmlidir"

Braziliyalı deputat: "Qadınların seçki prosesinə cəlbi çox önəmlidir" Azərbaycan və Braziliyanın demokratiyası və bizim qarşımızda duran vəzifələr çox oxşardır.
Daxili siyasət
8 Fevral , 2024 11:53
Braziliyalı deputat: Qadınların seçki prosesinə cəlbi çox önəmlidir

Azərbaycan və Braziliyanın demokratiyası və bizim qarşımızda duran vəzifələr çox oxşardır.

"Report" xəbər verir ki, bunu Braziliya parlamentinin nümayəndəsi Karlos Viana deyib.

Onun sözlərinə görə, Azərbaycanda qadınların seçki prosesinə cəlb edilməsi onlar üçün çox önəmli idi, çünki Braziliyada da vəziyyət belədir.

"Bununla yanaşı, gənclərin də seçki prosesinə cəlb edilməsi çox önəmlidir. Dövlət hər zaman yeni layihələr düşünməlidir ki, gəncləri oraya cəlb etsin. Düşünürəm ki, əsas müzakirə olunacaq mövzulardan biri də ətraf-mühitin qorunmasıdır. Azərbaycanla əməkdaşlıq edəcəyimiz digər sahə isə təhsildir. Düşünürəm ki, COP çərçivəsində biz əməkdaşlığımızı genişləndirə bilərik. Yekunda demək istəyirəm ki, seçkilər çox şəffaf şəkildə həyata keçirildi", - Braziliya nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

Son xəbərlər

Orphus sistemi