Yuxarı

BMT nümayəndəsi Xədicə İsmayılın azadlığa buraxılması ilə bağlı məhkəmə qərarını alqışlayıb

Onun indi azadlıqda olub, öz işi ilə məşğul olması yaxşı məqamdır

Bakı. 25 may. REPORT.AZ/ BMT-nin Qanunsuz həbslər üzrə İşçi Qrupunun üzvü Xose Gevara jurnalist Xədicə İsmayılın azadlığa buraxılmasını müsbət addım kimi dəyərləndirib.

"Report"un məlumatına görə, İşçi Qrupunun meksikalı üzvü keçirdiyi brifinqdə bildirib ki, X.İsmayılın indi azadlıqda olub, öz işi ilə məşğul olması yaxşı məqamdır.

BMT-nin Qanunsuz həbslər üzrə İşçi Qrupunun məruzəçisi Setonci Roland Acovi (Benin) Azərbaycanda bu sahədə müəyyən müsbət məqamların olduğunu deyib.

O, cinayət törətmiş yeniyetmə və miqrantların saxlanma yerlərinə səfər zamanı orada yaradılan şəraitin xüsusi qeyd edildiyini vurğulayıb: "Bizə miqrantların saxlanma yerlərinin bu yaxınlarda tikildiyini və orada həqiqətən normal şərait olduğunu bildirdilər".

Ümumilikdə İşçi Qrupu 25 həbsxanaya səfər edərək orada 80 nəfərlə görüşlər keçirib. Nümyəndələr həmçinin Azərbaycanın rayonlarına da səfər ediblər.

Qeyd edək ki, İşçi Qrupun Azərbaycana səfərinin nəticələri 2017-ci ilin sentyabrında BMT-nin İnsan Haqları Şurasında təqdim olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi