“Siz görkəmli dövlət və ictimai xadim olaraq daim insanların rifahına çalışdığınıza görə bütün dünyada hörmət və sevgi qazanmısınız”.
“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Petr Qlıboçkonun Birinci vitse-prezidident
“Müdrikliyinizlə, enerjinizlə təhsil, səhiyyə, elm, mədəniyyət və incəsənət, idman kimi sahələrdə böyük uğurlara töhfələr vermisiniz. Sayənizdə aralarında Seçenov Universitetinin Bakı filialının da olduğu tibbi təhsildə beynəlxalq innovasiya layihələri inkişaf etdirilir.
Doğum gününüzdə Sizə möhkəm can sağlığı, xoşbəxtlik arzulayır, sülh, əmin-amanlıq, rifah naminə yeni-yeni əzəmətli uğurlar diləyirəm!” – deyə Rusiya ali təhsil ocağının rəhbərinin məktubunda qeyd olunur.
Xatırladaq ki, Birinci vitse-prezident Mehriban Əliyeva 1988-ci ildə İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini əla qiymətlərlə bitirib.
İqbal Rüstəmov