Yuxarı

Birinci xanım Mehriban Əliyeva “2015-ci ilin adamı” elan olunub

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu 2005-ci ildə də Mehriban Əliyevaya “İlin adamı” mükafatını təqdim etmişdi

Bakı. 21 yanvar. REPORT.AZ/ Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanı “2015-ci ilin adamı” elan edib.

ANS PRESS-dən verilən məlumata görə, Mehriban Əliyeva bu mükafata Təşkilat Komitəsinin sədri kimi birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki xidmətlərinə, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində göstərdiyi genişmiqyaslı fəaliyyətə, Azərbaycan və dünya mədəniyyətinin qarşılıqlı inteqrasiyası üçün gördüyü işlərə, ölkədə multikulturalizm mühitinin formalaşdırılmasına verdiyi töhfələrə və ardıcıl xeyriyyəçilik fəaliyyətinə görə layiq görülüb.

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu 2005-ci ildə də Mehriban Əliyevaya “İlin adamı” mükafatını təqdim etmişdi.

Azərbaycanda “İlin adamı” mükafatı 2001-ci ildə Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət imicinin formalaşdırılması naminə yüksək xidmətləri ilə seçilən şəxslər layiq görülür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi