Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilib.
“Report” xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə olunub.
MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, Ağdərə rayonunun yaradılması ilə bağlı Tərtər, Kəlbəcər və Ağdam rayonlarının inzibati ərazilərində dəyişiklik edilib.
Dəyişiklikdən irəli gələrək 96 saylı Goranboy, 97 saylı Tərtər-Naftalan- Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin adında və hüdudlarında qismən dəyişiklik edilir.
Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələrinin hüdudlarına dəyişikliyi müzakirə edir.
“Report” xəbər verir ki, bununla bağlı MSK-nın iclasının gündəliyində nəzərdə tutulub.
Həmçinin MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsini də gündəliyə daxil edib.