Binəqədinin icra başçısı istintaqa çağırılması haqda məlumatlara aydınlıq gətirib

Binəqədinin icra başçısı istintaqa çağırılması haqda məlumatlara aydınlıq gətirib "Hadisə ilə bağlı icra hakimiyyətindən yalnız bir nəfər saxlanılıb"
Daxili siyasət
1542
22 May , 2015 16:22
Binəqədinin icra başçısı istintaqa çağırılması haqda məlumatlara aydınlıq gətirib

Bakı. 22 may. REPORT.AZ/ "Bakı şəhəri Binəqədi rayonunun ərazisində baş verən yanğınla əlaqədar məni istintaqa çağırmayıblar". Bunu "Report"a açıqlamasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov deyib.

O bildirib ki, hadisə ilə bağlı icra hakimiyyətindən yalnız 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş, hazırda isə rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov istintaqa cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Son xəbərlər

Orphus sistemi