Biləsuvarın qazlaşdırılmayan kəndində təbii qaz xətlərinin çəkilişinə başlanılıb

Biləsuvarın qazlaşdırılmayan kəndində təbii qaz xətlərinin çəkilişinə başlanılıb Biləsuvar rayonunun Amankənd kəndinin qazlaşmayan hissəsində təbii qaz xətlərinin çəkilişinə başlanılıb.
Daxili siyasət
2 İyun , 2023 12:58
Biləsuvarın qazlaşdırılmayan kəndində təbii qaz xətlərinin çəkilişinə başlanılıb

Biləsuvar rayonunun Amankənd kəndinin qazlaşmayan hissəsində təbii qaz xətlərinin çəkilişinə başlanılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, “Azəriqaz”ın Lənkəran Regional Qaz İstismar İdarəsi “Açıq mikrofon” aksiyası həyata keçirib.

Rayonun Amankənd inzibati ərazi dairəsinin bir hissəsi olan və 45 təsərrüfatda 250 nəfərin yaşadığı Köhnə Amankənd sakinləri kənddə mavi yanacağın olmamasının onların yaşayışında xeyli çətinliklər yaratdığını bildiriblər.

Onlar kəndin qazlaşdırılmasını xahiş ediblər.

Sakinlərin müraciətlərinə əsasən, artıq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ərazinin qazlaşdırılması işlərinə başlanılıb.

Hazırda küçə qaz xətlərinin çəkilişi aparılır.

Bu işlər başa çatdıqdan sonra isə daşıyıcı qaz xətləri çəkilərək evlərə sayğacların quraşdırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi