Biləsuvarda bayraq yürüşü keçirilib

Biləsuvarda bayraq yürüşü keçirilib Biləsuvarda rayonunda bayraq yürüşü keçirilib.
Daxili siyasət
9 Noyabr , 2019 12:17
Biləsuvarda bayraq yürüşü keçirilib

Biləsuvarda rayonunda bayraq yürüşü keçirilib.

“Report”un Muğan bürosu xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, gənclər, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yürüşə Biləsuvar Olimpiya Kompleksinin qarşısından start verilib. Daha sonra bayram tədbiri Heydər Əliyev Parkında davam edib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxışında bildirib ki, bayraq Azərbaycan dövlətinin suverenliyinin rəmzidir: "Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu dövlət bayrağı elan edib. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib".

Tədbir incəsənət ustalarının və məktəblilərin hazırladıqları kompozisiyaların nümayiş olunması ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi