Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
"Report" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının qərarında deyilir.
Qərara əsasən, Mahmud Balaqardaş oğlu Məmmədzadə 13 saylı Xəzər – Pirallahı, Ramil Saleh oğlu Cəfərov 59 saylı Salyan, Araz Tofiq oğlu Əhmədov 61 saylı Neftçala, Şakir Əliş oğlu Əliyev 93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilirlər.
Elvin Təbiət oğlu Qasımzadə 13 saylı Xəzər – Pirallahı, Ruziyyə Rafael qızı Vəliyeva 39 saylı Kəpəz birinci (Gəncə), Xeyrulla Eldar oğlu Quliyev 59 saylı Salyan, Emin Sabir oğlu Lətifov 73 saylı Lənkəran şəhər, Əsgərxan İsmayıl oğlu Həsənov 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilirlər.