​“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişikliklər edilib

​“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişikliklər edilib Azərbaycan Prezidenti bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
6 Fevral , 2015 18:00
​“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişikliklər edilib

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1145-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, həmin Qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Ümumiyyətlə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 520; 2004, № 5, maddə 314; 2005, № 2, maddə 62; 2006, № 6, maddə 486, № 8, maddə 657, № 11, maddə 923; 2007, № 11, maddə 1082; 2008, № 5, maddə 348, № 6, maddə 462, № 11, maddə 958, № 12, maddə 1048; 2011, № 12, maddə 1077; 2012, № 6, maddə 507; Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1052-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilib:

9.1-ci maddədə “vətəndaşlarının mülkiyyətinə” sözlərindən sonra “bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla” sözləri əlavə edilib,

aşağıdakı məzmunda 9.8-ci maddə əlavə edilib:

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır”.

Son xəbərlər

Orphus sistemi