Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb

Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb 1607 bələdiyyənin hamısı formalaşıb
Daxili siyasət
24 Dekabr , 2014 13:11
Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanda dünən keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri məlum olub. "Report" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, artıq 118 dairə seçki komissiyası üzrə 5015 məntəqədən 5015 protokol MSK-ya daxil olub, 1 milyon 861 min 728 bülleten sayılıb: "Beləliklə, 1607 bələdiyyənin hamısı formalaşıb, 15035 lider namizəd müəyyənləşib".

Qeyd edək ki, bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 5015 seçki məntəqəsində 1607 bələdiyyə üzrə keçirilib.

Son xəbərlər

Orphus sistemi