Bələdiyyə seçkilərində namizədlik üçün 16 min 708 nəfər müraciət edib
Daxili siyasət
- 29 dekabr, 2024
- 10:39
Bələdiyyə seçkilərində namizədlik üçün 16 min 708 nəfər müraciət edib, 15 min 729 nəfərin namizədliyi qeydə alınıb.
"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.
O qeyd edib ki, namizədlər 23 siyasi partiyanı təmsil edirlər:
"Bəzi namizədlər öz istəkləri ilə namizədliyi geri götürüblər. Ona görə hazırda 15 min 696 namizəd qalıb. Daha dəqiq desək, onlardan 33 nəfəri namizədliyini geri götürüb, bir nəfər vəfat edib".
Məzahir Pənahov əlavə edib ki, indiyə kimi ümumilikdə 4 min 528 müşahidəçi bələdiyyə seçkilərində müşahidəçilik üçün akkreditasiyadan keçib.
Qeyd edək ki, Azərbaycanda 2025-ci il yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək.
Son xəbərlər
18:43
Suriyada daşqınlar nəticəsində 3 nəfər həlak olub
Digər ölkələr18:43
Andrey Demçenko: "Ardıcıl qollardan sonra futbolçuların əhval-ruhiyyəsi aşağı düşdü"
Futbol18:27
Olimpiadada medal qazanacaq gürcü idmançılara pul mükafatı veriləcək
Region18:11
Fransada ORION 2026 hərbi təlimləri başlayıb
Digər ölkələr18:02
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazanıb
Fərdi17:58
Foto
Filippində "Basyanq" fırtınası 12 nəfərin ölümünə səbəb olub
Digər ölkələr17:55
Qərbi Azərbaycan İcması: Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib
Xarici siyasət17:55
Azərbaycan Premyer Liqası: "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib
Futbol17:49