Müsavat başqanının müavini: “Cəmil Həsənlidən üzr istəməsini tələb edirəm”

Daxili siyasət
  • 14 may, 2020
  • 10:10
Müsavat başqanının müavini: “Cəmil Həsənlidən üzr istəməsini tələb edirəm”
Cəmil Həsənli

“Cəmil Həsənli Müsavat Partiyasından da üzr istəməlidir!”

“Report”un xəbərinə görə, bunu Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı sosial şəbəkə hesabında qeyd edib.

“Bunların iclaslarına, etdikləri müzakirələrə, ritorikalarına diqqət edin. Mən əlavə şərh etmək istəmirəm. Digərlərinin işi-gücü Müsavata qarşı şər-böhtan danışmaq və yaymaq olduğu üçün, faktiki Müsavata qarşı trolluqla məşğul olduqlarından onlarla işim yoxdur. Bir daha Cəmil Həsənlidən Müsavat Partiyasından üzr istəməsini tələb edirəm!” - deyə, Müsavat Partiyası başqanının müavini əlavə edib.

44 filmi