Yuxarı
    Bağlamaq

    Baş Prokurorluq üç QHT-nin kompüterlərini geri qaytarıb

    Qubad İbadoğlu: Özümün və rəhbərlik etdiyim qeyri-hökumət təşkilatının bank hesabından həbs qərarı götürülməyib

    Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Baş Prokurorluğu İqtisadi Tədqiqatlar Mərkəzi, Mədən sənayesində şəffaflığın artırılması Koalisiyası və Milli Büdcə Qrupuna məxsus kompüterlərini geri qaytarıb.

    Bu barədə "Report"a İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu məlumat verib.

    Onun sözlərinə görə, prokurorluq hələ ki, maliyyə-mühasibat sənədlərini geri qaytarmayıb: "Yəqin ki, sənədləri də yaxın zamanlarda qaytararlar. Hələ ki proses gedir, yekunlaşmayıb. Mən bununla bağlı prokurorluq orqanları ilə hər hansı danışıqlar aparmamışam".

    Q.İbadoğlu qeyd edib ki, özünün və rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının bank hesablarına qoyulmuş həbs qərarları da qüvvəsindədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi