Baş prokuror Salyanda vətəndaşları qəbul edəcək

Baş prokuror Salyanda vətəndaşları qəbul edəcək Baş prokuror Kamran Əliyev yanvarın 10-da Salyanda vətəndaşları qəbul edəcək.
Daxili siyasət
6 Yanvar , 2025 11:03
Baş prokuror Salyanda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev yanvarın 10-da Salyanda vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Sözügedən tarixdə saat 10:00-da Salyan rayon prokurorluğunun inzibati binasında Salyan, Biləsuvar, Neftçala, Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçiriləcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Salyan rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi