Baş nazirin müavini: "Serj Sarkisyanın kürəkəni narkotik alveri ilə məşğul olur"

Baş nazirin müavini: "Serj Sarkisyanın kürəkəni narkotik alveri ilə məşğul olur" Bakı. 25 iyun. REPORT.AZ/ Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi mövzusunda konfrans keçirilib.
Daxili siyasət
25 İyun , 2018 12:16
Baş nazirin müavini: Serj Sarkisyanın kürəkəni narkotik alveri ilə məşğul olur
Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə "Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi" mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bildirib ki, konfrans 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunub.

O deyib ki, Azərbaycanda narkomaniyaya qarşı mübarizə üçün hüquqi baza yaradılıb: "Parlament bu istiqamətdə 29 qanun qəbul edib. Bundan başqa, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub".

Baş nazirin müavini Ermənistanın yeni rəhbərliyinə də müraciət edib. O qeyd edib ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni narkotik alveri ilə məşğul olur: "Ermənistanın yeni rəhbərliyi bu məsələni bilməlidir. Ermənistan bizim işğal altındakı torpaqlarımızda narkotik maddələri yetişdirib, bunun müqabilində silah alır". 

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, nazirlik tərəfindəm narkomaniyaya qarşı mübarizə çərçivəsində və sağlam həyat tərzinin təbliği sahəsində ardıcıl tədbirlər həyata keçirilir: "Bu gün əminliklə demək olar ki, narkomaniyaya qarşı mübarizə sahəsində dövlət tərəfindən atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Lakin bu sahədə fəaliyyət davam etdirilməli və daha da genişləndirilməlidir".

Sonda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. "Report" İnformasiya Agentliyinin əməkdaşı Samirə Abdullayeva müsabiqədə 3-cü yeri tutub.  

Son xəbərlər

Orphus sistemi